-
- 26-07-2023, 21:20
- 252
Meşə yanğınları 40 nəfərin ölümünə səbəb oldu- ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əlcəzair, Yunanıstan, İtaliya və Tunisdə baş verən meşə yanğınlarının şimal yarımkürəsində həddindən artıq istilər səbəbindən 40 nəfərin ölümünə və minlərlə insanın təxliyə edilməsinə səbəb olduğunu bildirib.
Leyla SƏMƏNDƏR
News24.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus həftəlik mətbuat konfransında cari sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr edərkən deyib.
Şimal yarımkürəsində həddindən artıq istilərin sağlamlığı təhdid etməyə davam etdiyini vurğulayan Qebreyesus, bu səbəbdən ümumilikdə 61 min insanın həyatını itirdiyini qeyd edib.
Leyla SƏMƏNDƏR