BMT nümayəndələri Bakı Limanına səfər etdilər
    • 26-07-2023, 21:54
    • 450

BMT nümayəndələri Bakı Limanına səfər etdilər

İyulun 26-da Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının üzvləri Bakı Limanına səfər ediblər.

News24.az-ın məlumatına görə, limandan bildirilib ki, Komitənin Türkiyə, Qazaxıstan, İran, Özbəkistan və Gürcüstan üzrə nümayəndələri və Azərbaycan Respublikasının Tranzit üzrə Koordinasiya Şurasının bir neçə üzvünün iştirak etdiyi görüşdə qonaqlara Bakı Limanının infrastruktur layihələri, texniki imkanları, əldə edilən nəticələr və yükaşırma qabiliyyəti barədə məlumat verilib.

Eyni zamanda nümayəndə heyətinə regionun ilk Yaşıl Limanı olan Bakı Limanının ətraf mühitin mühafizəsi və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün icra etdiyi və nəzərdə tutulan genişmiqyaslı layihələr barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Həmçinin qonaqlar Limanın terminalları və iş prosesi ilə tanış olublar.