Terrorçular hərbi helikopteri atəşə tutdu
    • 27-07-2023, 10:00
    • 88

Terrorçular hərbi helikopteri atəşə tutdu

Silahlı yaraqlılar ölkənin cənubunda patrul xidməti aparan Peru silahlı qüvvələrinin helikopterini atəşə tutublar.

News24.az
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə uğurla manevr edərək Piçari şəhərinə qayıtmağı bacarıb. Hücum nəticəsində 13 yaşlı qız ayağından güllə yarası alıb.

O, xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə yoxdur.

Aynurə