Fəlakət qapıda: Dünyanı nə gözləyir?
    • 27-07-2023, 10:49
    • 317

Fəlakət qapıda: Dünyanı nə gözləyir?

“Körfəz axını” kimi tanınan Atlantik Meridional Dövrü (AMOC) qlobal iqlim dəyişikliynə görə çökəcək. Bəs, bu ehtimal reallaşarsa, dünyanı hansı dəyişiklik gözləyir? 

News24.az aparılan araşdırmanı təqdim edir. 

Dünyanın iqlim tarazlığını təmin edən “Gulf Stream”in qlobal iqlim dəyişikliyi səbəbindən çökə biləcəyi ilə bağlı araşdırmalar narahatlıq yaradıb. Mütəxəssislər, qlobal temperaturun orta göstəricisində 4,5 dərəcə artım olacağı təqdirdə sistemin çökəcəyini deyiblər. Bu səbəbdən bəzi bölgələrdə həddindən artıq istilər olacaq,  bəzi bölgələrdə isə buz dövrü baş verəcək.Həmçinin həddindən artıq quraqlıq səbəbiylə kənd təsərrüfatı istehsalı zərər görəcək. 

Araşdırma nəticəsində məlum olub ki, 2025-ci ildən etibarən iqlim dəyişikliyinə görə, Gulf Stream-ın isti su axını hər an çökə pilər. 
Danimarkadakı Kopenhagen Universitetinin alimləri "Nature Communications" jurnalında dərc olunan tədqiqatın bir hissəsi olaraq, son 150 ilin okean temperaturu məlumatlarını innovativ statistik alətlərlə birləşdiriblər. Nəticədə, cari istixana qazı emissiyaları davam edərsə, Gulf Stream-in bu əsrin sonuna qədər “95 faiz” çökmə ehtimalı var. Mütəxəssislər bildiriblər ki, iqlim dəyişikliyi ilə mübarizə üçün heç bir mühüm tədbir görülməsə, çökmə böyük ehtimalla 2057-ci ildə baş verəcək. Mütəxəssislər bildirirlər ki, rəsmi olaraq Atlantik Meridional Dövr (AMOC) kimi tanınan mövcud sistem Meksika körfəzindən İngiltərəyə isti su gətirən hərəkətverici qüvvədir və Qərbi Avropada mülayim qışlara cavabdehdir.

Alimlərin fikrincə, sistem çökərsə, Afrikanın əksər hissəsi, Karib hövzəsi və Kolumbiya, Peru və Boliviya kimi Cənubi Amerika ölkələri həddindən artıq istilərə məruz qalacaq, Avropa isə “donacaq”. Araşdırma aparan qrupdan Prof. Peter Ditlevsen, “Düşünürəm ki, biz çox narahat olmalıyıq. Bu, çox böyük dəyişiklikdir AMOC 12 min il ərzində heç vaxt dağılmayıb” ,- deyə vurğulayıb.
 
Arzu