Ukraynada hərbi vəziyyət daha 3 ay uzadıldı
    • 27-07-2023, 16:17
    • 197

Ukraynada hərbi vəziyyət daha 3 ay uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib. 

 
News24.az xəbər verir ki, bu barədə millət vəkili Yaroslav Jelezniak  deyib.
 
Hərbi vəziyyət və ümumi səfərbərlik 2023-cü il noyabrın 15-dək uzadıldı. Müvafiq qətnamələr lehinə 347 və 334 səs topladı.
 
Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin qanunvericiliyə görə, hərbi vəziyyət seçkilərin keçirilməsini mümkünsüz edir.
 
Qeyd edək ki, bu Rusiya-Ukrayna müharibəsi başlanmasından bu yana edilən 8-ci uzadılmadır.

 Arzu