Ukraynda hərbi vəziyyətin müddəti uzadıldı
    • 15-08-2022, 16:36
    • 343

Ukraynda hərbi vəziyyətin müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti demək olar ki, qışa qədər - 2022-ci il noyabrın 21-dək uzadılıb.

News24.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz "Teleqram" kanalında bildirib.

"Parlament hərbi vəziyyətin 90 gün - 21 noyabr 2022-ci il tarixədək uzadılmasını dəstəklədi. Rada həmçinin “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanın təsdiqini də dəstəkləyib”, - məlumatda deyilir.

Hər iki qərarın lehinə 328 deputat səs verib. Sənədləri parlamentə Ukrayna prezidenti Vladimir Zelenski təqdim edib.