14 yaşında evdən qaçdı, 4 ildən sonra qayıtdı
    • 27-07-2023, 16:37
    • 174

14 yaşında evdən qaçdı, 4 ildən sonra qayıtdı

15 sentyabr 2019-cu ildə ABŞ-ın Arizona ştatında yoxa çıxan 18 yaşlı Alisiya Navarro 4 ildən sonra tapılıb

News24.az xəbər verir ki, Navarro Arizonadan 1609 kilometr aralıda, Montana ştatında bir şəhərdə ortaya çıxıb. O, evdən qaçarkən 14 yaşında olub.

Qlendale Polis Departamentinin sözçüsü Coz Santyaqo, gənc qadının sağ qaldığını ifadə edərək, “Dedektivlər 4 ildir itkin düşən qızımız üçün minlərlə ipucu əldə etdilər. Alisia bu həftə sonu Montana ştatının bir şəhərində polis bölməsinə özünü təqdim edib. Araşdırmalarımız çərçivəsində biz Alisiyanı ailəsinə çatdırdıq. "Alicia tamamilə təhlükəsiz, sağlam və xoşbəxtdir." Santyaqo gənc qadının heç bir ittihamla üzləşmədiyini də bildirib.

Navarronun 15 sentyabr 2019-cu ildə 14 yaşında yoxa çıxmasından sonra başına gələnlərlə bağlı istintaq davam edir. 

Aydan