İtkin düşən qardaşının evindən skelet tapdı
    • 19-08-2020, 10:20
    • 1 005

İtkin düşən qardaşının evindən skelet tapdı

Yaponiya sakini beş il əvvəl itkin düşmüş qardaşının evini təmizləyən zaman orada insan qalırlarının olduğu görüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın bir neçə dəqiqə sonra isə otaqda skelet aşkarlayıb. 

Bildirilir ki, 66 yaşlı Sumio Suenaga 2015-ci ildə yoxa çıxıb. Ailəsi onun geri dönəcəyinə inanaraq bir il ərzində polisə müraciət etməyib. Lakin bu müddət ərzində də onu tapmaq mümkün olmayıb.

Bütün bu illər ərzində itkin düşmüş şəxsin evi boş olub.

Polis qadının aşkarladıqlarının insan sümükləri olduğunu təsdiqləyib. 

Ehtimal edilir ki, qadın 5 il əvvəl yoxa çıxan qardaşının qalıqlarını aşkarlayıb.