Məktəblərdə mobil telefonlar qadağan edilir
    • 27-07-2023, 16:53
    • 131

Məktəblərdə mobil telefonlar qadağan edilir

UNESCO məktəblərdə şagirdlərin mobil telefondan istifadə etməmələrini tövsiyə edib. 

News24.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, bu yolla şagirdlər arasında irəliləyiş olacaq, məktəb prosesinə əngəl törədilməyəcək, uşaqlar kiber zorakılıqdan qorunacaq.

Hesabata görə, smartfondan həddən artıq istifadənin zəif akademik performansla əlaqəli olduğunu göstərən məlumatlar var. Mobil vasitələr ekranda qalma vaxtının yüksək olması özünü idarə etmə və emosional sabitliyə mənfi təsir göstərərək, narahatlığı artırır.

Hesabatda deyilir: "Onlayn qarşılıqlı əlaqə canlı insan təmasını əvəz edə bilməz".
 
Arzu