-
- 27-07-2023, 18:24
- 297
Hipnoz bu xəstəlikləri müalicə edir Araşdırma
Vaşinqton Universitetinin tədqiqatçıları hipnozun onurğa beyni zədələri olan insanlara xroniki ağrıları azaltmağa kömək etdiyini bildiriblər. Akar edilib ki, iştirakçıların bu yöndə 90%-nin müalicəsi müsbət təsir göstərib.
News24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlum olduğu kimi onurğa beyni zədələnməsindən sonra tez-tez kəskin ağrılar müşahidə edilir və müalicəsi bir qədər çətindir.
Aparılan yeni bir araşdırmada tədqiqatçılar öz hisslərini avtomatik olaraq yönləndirməyi öyrətmək üçün xəstələrin müalicəsinə hipnoz təcrübələrini daxil ediblər.
Bildirilir ki, 53 iştirakçının 71%-i ən azı üç hipnoz seansını tamamlayıb. Bunların 88%-i ağrıların azaldığını və müalicədən məmnun olduğunu deyib.
Müəlliflərin fikrincə, hipnoz uzun müddət ağrı və digər xəstəliklərin müalicəsində istifadə edilib. Yeni tədqiqat onurğa beyninin zədələnməsindən sonra xroniki ağrı başlamazdan əvvəl reabilitasiya şəraitində hipnozun təsirini sınaqdan keçirən ilk araşdırmadır.
"Əgər insanlara ağrının öhdəsindən gəlmək üçün strategiyalar verə bilsəydik və ya hətta ağrının qarşısını ala bilsəydik, o zaman reabilitasiyanın əvvəlindən onların həyat keyfiyyətini yaxşılaşdıra bilərik", - deyə alimlər qeyd edib.
Arzu