Toyota avtomobil istehsalında REKORD
    • 28-07-2023, 13:56
    • 148

Toyota avtomobil istehsalında REKORD

Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor 2023-cü ilin birinci yarısında rekord sayda avtomobil istehsal edib.

News24.az xəbər ki, bu barədə şirkətin istehsalat hesabatında deyilir.

Hesabata görə, cəmi 6 ay ərzində Toyota Motor 5,63 milyon Toyota, Daihatsu və Hino avtomobilləri istehsal edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% çoxdur.