Bakıda "Prius" parka girdi
    • 25-11-2022, 16:01
    • 246

Bakıda "Prius" parka girdi

Bakıda taksi fəaliyyəti göstərən daha bir “Toyota Prius” markalı avtomobil qəza törədib.

News24.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Xətai rayonu, Xocalı prospekti ərazisində avtomobil yolun hərəkət hissələrinin arasında salınmış parka daxil olub. “Toyota Prius” markalı nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq parkın divarına çırpılıb və ağaclıq sahəyə daxil olaraq dayanıb.