Trampı 20 il həbs gözləyir
    • 28-07-2023, 14:23
    • 286

Trampı 20 il həbs gözləyir

ABŞ-ın 45-ci prezidenti Donald Trampa verilən ittihamlar üzrə onu 20 ilədək həbs cəzası gözləyir

News24.az-ın ABŞ mətbuatına istinadən xəbərinə görə, ittiham aktını hazırlayan prokurorlar bildiriblər ki, yeni epizodlar onun Mar-a-Laqodakı şəxsi malikanəsinin müşahidə kameralarındakı görüntülərin və ABŞ-ın milli təhlükəsizliyinə aid olan sənədlərin bilərəkdən məhvi epizodları ilə əlaqədardır. 
 
Keçmiş prezidentin özü isə ittihamları növbəti prezident seçkisinə və şəxsən özünün siyasi karyerasına müdaxilə cəhdi kimi qiymətləndirir. 

Qeyd edək ki, D. Trampın işi üzrə məhkəmənin ilk iclası 2024-cü il, mayın 20-də keçiriləcək.