Tramp bu gün hakim qarşısına çıxacaq
    • 13-06-2023, 15:09
    • 256

Tramp bu gün hakim qarşısına çıxacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün hakim qarşısına çıxacaq.

News24.az xəbər verir ki, keçmiş prezident məxfi sənədlər qalmaqalı ilə bağlı 37 ittihamla üz-üzədir.

Trampın vəkilləri onun özünü təqsirli bilməyəcəyini bildiriblər.

Qeyd edək ki, 76 yaşlı Donald Tramp cinayət işi ilə üzləşən ilk ABŞ prezidentidir.

Xatırladaq ki, keçmiş ABŞ prezidenti aralarındakı əlaqələri gizləməsi müqabilində Stormi Danielsə etdiyi qanunsuz ödəmələrdə təqsirləndirilir.

Trampın keçmiş vəkili Maykl Koenin beş il əvvəl etiraf etmişdi ki, 2016-cı il seçki kampaniyası zamanı Danielsə 2006-cı ildə olan Trampla münasibətləri barədə danışmaması üçün 130 min dollar verib.