-
- 28-07-2023, 15:09
- 522
Xərçəng riskini artıran ən böyük SƏHV
Avstraliyada aparılan geniş miqyaslı araşdırmanın nəticəsində oturaq həyat tərzinin xərçəng riskini artırdığı sübut edilib.
News24.az "Posta.com.tr"yə istinadla xəbər verir ki, Sidney Universitetindən professor Emmanuel Stamatakisin sözlərinə görə, oturaq həyat xərçəng riskini on səkkiz faiz artırır.
O, izah edib ki, bu nisbət insanın həyatından asılı olaraq 32 faizə çata bilər. Fiziki fəaliyyətlə əlaqəli xəstəliklərə qaraciyər, ağciyər, böyrək, mədə, endometrium, miyeloid leykoz, miyeloma, kolorektal, baş və boyun, sidik kisəsi, döş və yemək borusu xərçəngləri daxildir.
"Jama Oncology" jurnalında dərc edilən araşdırmada idman etməyən 22 mindən çox insanın gündəlik fəaliyyəti izlənilib.
Tədqiqatçılar xərçəngi izləmək üçün yeddi ilə yaxın müddətdə qrupun sağlamlıq göstəricilərini qeydə alıblar və tədqiqat aktiv həyat tərzi keçirənlərin xərçəng riskinin daha az olduğunu sübut edib.
Aydan