Buraxılış imtahanında iştirak edəcək 9-cu sinif şagirdlərinin nəzərinə!
    • 4-03-2019, 09:30
    • 874

Buraxılış imtahanında iştirak edəcək 9-cu sinif şagirdlərinin nəzərinə!

Martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

News24.az xəbər verir ki, şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər

Buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər. Şagirdlər iş nömrəsini isə təhsil aldıqları məktəbdən öyrənə bilər.