Tibb bacısı xəstənin ölümünə SƏBƏB OLDU
    • 28-07-2023, 16:58
    • 392

Tibb bacısı xəstənin ölümünə SƏBƏB OLDU

Astarada xəstəyə iynə vuran tibb bacısına cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il martın 10-da baş verib. 

Astara rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində növbəli sistem əsasında işləyən tibb bacısı 1978-ci il təvəllüdlü Ofeliya M-va həmin gün evinə gələn Xumar adlı qadına "Seftriakson" iynəsi vurub. İynədən az sonra qadın şoka düşərək ölüb.

Tibb bacısı barəsində Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İşin materialları bir neçə gün əvvəl Astara rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə mərhum qadının ailə üzvləri tibb bacısından şikayətçi olmadıqlarını deyiblər. Ofeliya M-va isə hadisədən sonra Xumara kömək etmək istədiyini, ona əlavə dərmanlar verdiyini deyib.

Astara rayon məhkəməsinin hökmü ilə evində də tibbi xidmətlər göstərən tibb bacısına 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin ona müəyyən edilmiş vaxtlarda yaşayış yerini tərk etməmək, ictimai tədbirlərdə iştirak etməmək qadağası qoyulub.

Taleh Bağırov