Yaponiyadan Rusiyaya yeni qadağa: Benzin və dizel…
    • 28-07-2023, 16:59
    • 170

Yaponiyadan Rusiyaya yeni qadağa: Benzin və dizel…

Rusiyaya lüks avtomobillərin ixracına qadağa qoyan Yaponiya sanksiyanı genişləndirəcək. 

News24.az xəbər verir ki, bu barədə “Kyodo News” nəşri məlumat yayıb.

Məlumata əsasən, Yaponiya benzin və dizel mühərrikli avtomobilləri Rusiyaya ixrac etməyi dayandıracaq. 

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi sanksiyaları “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində” qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.

Xatırladaq ki, Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 30 azalaraq təxminən 4,3 milyard dollara enib. 2022-ci ilin may ayında Yaponiya Rusiyaya 43 min dollardan çox dəyəri olan avtomobillərin ixracını qadağan edib.

Nərmin Murad