"Tarixdə ən böyük korrupsiya" - COVID-19 Vaksinləri Məhv Edilir
    • 28-07-2023, 17:57
    • 348

"Tarixdə ən böyük korrupsiya" - COVID-19 Vaksinləri Məhv Edilir

Avropa Birliyinin əlində qalan COVID-19 vaksinləri “korrupsiya” ittihamlarına səbəb olub. Aİ rəhbərliyi korrupsiya ilə bağlı məhkəmə prosesi ilə məşğul olarkən, digər  tərəfdən vaxtı keçmiş vaksinlər məhv edilir.
Koronavirus epidemiyası ilə həyatımıza əvvəlcə maska, sonra məsafələr daxil olıdu. Daha sonra  epidemiyadan xilas olmaq üçün hazırlanmış peyvəndlər bütün dünyaya ümid verməyə başladı.

Məlumata görə, bəzi ölkələr klinik sınaqları tamamlanmamış milyonlarla dozada peyvənd alıblar.

450 milyon əhalisi olan 27 Avropa İttifaqı ölkəsi də 4,2 milyard doza peyvənd üçün müqavilə imzalayıb.

News24.az xəbər verir ki, 1,8 milyard avroluq müqaviləyə əlavə olaraq, Avropa İttifaqı "vaksin millətçiliyi" ittihamları ilə üzləşib.

Çünki əhalidən çox yuxarıda peyvənd sazişi bağlanıb. Avropada hər kəs 5 dəfə peyvənd olunsa belə, dozaların yalnız yarısı tamamlanıb.
Avropa Şurasının sədri Şarl Mişel ittihamları rədd edərək bildirib ki, onlar  peyvəndlərin digər inkişaf etmiş ölkələrə ixracının qarşısını almaq istəyiblər. Daha sonra bəlli olub ki, razılaşma “WhatsApp” tətbiqi üzərindən edilib. Mesajların məzmununun açıqlanması tələb edilsə də bildirilib ki, mesajlar silinib. Avropa İttifaqıın saxladığı vaksinlərin əksəriyyəti onların əlində qaldı, çünki epidemiya sona çatdı və peyvəndə tələb azaldı. Lakin gətirilməyən peyvəndlər üçün pulun qaytarılması tələb olunub. Lakin Pfizer bunu rədd edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen peyvənd sövdələşmələrinin "səhv idarə olunmasına" görə məhkəməyə verilib. Belçikalı lobbiçi Frederik Baldan, fon der Leyenin Pfizer şirkətinin baş direktoru Albert Bourla ilə əlaqə qeydlərini araşdırmaq üçün Belçika məhkəməsində iddia qaldırıb.

“Avropa tarixində ən böyük korrupsiya”

Avropa Parlamentində xidmət edən deputatlar da pulun əvvəlcədən ödənilməsini “Avropa tarixindəki ən böyük korrupsiya” kimi qiymətləndirərək fon der Leyenin istefasını tələb ediblər.
“vəzifədən sui-istifadə”, “dövlət sənədlərini məhv etmək”, “qanunsuz fayda əldə etmək” və “korrupsiya” kimi iddialarla davam edəcək proses fon der Leyenin toxunulmazlığının qaldırılmasına səbəb ola bilər.
Hazırda istifadə müddəti müddəti bitmiş vaksinlər məhv edilir. 
Məhkəmə prosesi davam edərkən, Avropa qalan peyvəndləri məhv etməklə məşğuldur. Belçika hökuməti COVID-19 pandemiyası zamanı vaxtı keçmiş 131 milyon avroluq vaksin və tibbi ləvazimatları məhv edəcək.
Ölkədə məhv ediləcək peyvəndin miqdarı 3,5 milyon dozadır. Bu, Belçikanın indiyədək almağı planlaşdırdığı 54 milyon dozanın 6,5 faizinə uyğundur.Yəni Avropanın ehtiyatda saxladığı və istifadə etmədiyi vaksinlər özünü “yandırıb”. Qalan vaksinlərin yaratdığı böhranın necə həll olunacağını isə birlikdə zamanla görəcəyik.
 
Arzu