Şəmkirdə iki avtomobil toqquşdu
    • 28-07-2023, 21:53
    • 213

Şəmkirdə iki avtomobil toqquşdu

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü Vüqar Məmmədov və 1980-ci il təvəllüdlü Xalidə Asimova müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.