Trampdan prezident seçkiləri ilə bağlı açıqlama
    • 28-07-2023, 23:04
    • 259

Trampdan prezident seçkiləri ilə bağlı açıqlama

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamlarla mühakimə olunsa belə, 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün kampaniyasını davam etdirəcəyini açıqlayıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bunu qatıldığı radio verilişində bildirib.


Keçmiş ABŞ Prezidenti ona qarşı irəli sürülən ittihamların onun səs nisbətlərini artırdığını da vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il mayın 20-də mühakimə olunacaq.Tramp məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunur.