Naxçıvanda qəribə hadisə - Qadın ərinin sevgilisinin evinə basqın etdi
    • 29-07-2023, 15:20
    • 279

Naxçıvanda qəribə hadisə - Qadın ərinin sevgilisinin evinə basqın etdi

Naxçıvan şəhərində iki qadın arasındakı münaqişəyə görə inzibati protokol tərtib edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçvanın Əliabad qəsəbəsində baş verib. Məktəblərdən birində muqisi müəllimi işləyən 1987-ci il təvəllüdlü F.Əliyeva ərinin evə gəlmədiyini görərək onunla əlaqə saxlayıb. 

Həyat yoldaşı T.Teymurov ona Ordubadda oluğunu və Naxçıvana gələ bilmədiyini deyib. Lakin F.Əliyeva ərinin onu aldatdığını və Əliabad qəsəbəsində yaşayan sevgilisi İ. Allahverdiyevanın evində olduğunu düşünüb. O, gecə saat 2-də Əliabad qəsəbəsinə gedərək qadının evinə basqın edib. Bu zaman qadınlar arasında dava-dalaş olub. Gecəni İ.Allahverdiyeva ilə keçirən T.Teymurov da davaya qarışıb.

Bundan sonra hər iki qadın bir-birlərindən polisə şikayət edib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib edilib.

O da məlum olub ki, F.Əliyeva bir neçə il əvvəl ərindən başqa qadınla sevgili olsuğuna görə rəsmi boşanb. Lakin bir müddət sonra onlar yenidən barışıblar. Bundan sonra T.Teymurov yenidən gözəllik salonunda işləyən sevgilisinin yanına qayıdıb.

Polisin tərtib etdiyi inzibati protokola bir neçə gün əvvəl baxılıb. Hər iki qadına 50 manat cərimə təyin edilib.

Taleh Bağırov