Məşhur reper 25 il həbs edilə bilər
    • 29-07-2023, 16:29
    • 418

Məşhur reper 25 il həbs edilə bilər

27 yaşlı amerikalı reper G Herbonu oğurlanmış kredit kartlarından istifadə etdiyinə görə 25 ilə qədər həbs cəzası gözləyir .

News24.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. 

G Herbo (əsl adı Herbert Randall Wright III) başqalarının kredit kartlarını oğurlamaqda və xüsusilə böyük miqyasda mənimsəməkdə ittiham olunur. 

İttihamçı tərəfin sözlərinə görə, sənətçi bu günə qədər başqalarından mənimsədiyi pullar hesabına: şəxsi təyyarələrdə uçub, lüks avtomobillər icarəyə götürüb, bahalı brend əşyalar alıb və dünyanın ən yaxşı kurortlarında istirahət edib.

Reperin işi üzrə qərar 2023-cü il noyabrın 7-də veriləcək. 

Qeyd edək ki, Herbo musiqi karyerasına 2014-cü ildə başlayıb. Üç il sonra onun "Humble Beast" adlı tammetrajlı albomu işıq üzü görüb. 2020-ci ildə isə "PTSD" albomu "Billboard 200"də yeddinci pilləyə yüksəlib.

Günəş Mərd