Məşhur reper güllələndi
    • 1-04-2019, 11:50
    • 1 800

Məşhur reper güllələndi

Məşhur amerikalı reper Nipsey Hassl güllələnib.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün Los-Ancelesdə reperin sahibi olduğu geyim mağazasının önündə baş verib.

Ehtimal olunur ki, reper ona düşmən kəsilən banda nümayəndələrinin biri tərəfindən güllələnib. Ölüm hadisəsindın sonra Los-Anceles polis komissarı aprelin 1-də reper ilə görüşüb küçə bandaları ilə bağlı müzakirələr etməli olduqlarını açıqlayıb.

Qeyd edək ki, Nipsey Hassl güllələnmədən bir neçə gün əvvəl “Twitter”də “Adamın güclü düşməninin olması xoşbəxtlikdir” ifadəsini yazıb.