Sertifikatlaşdırılmadan keçə bilməyən müəllimlərin imtahan vaxtı açıqlandı
    • 29-07-2023, 21:07
    • 260

Sertifikatlaşdırılmadan keçə bilməyən müəllimlərin imtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

News24.az xəbər verir ki, bubarədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 29 avqust tarixində ötən il keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, 31 avqust tarixində isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.