Saakaşvilidən ukraynalı uşaqlara BÖYÜK DƏSTƏK
    • 31-07-2023, 18:10
    • 216

Saakaşvilidən ukraynalı uşaqlara BÖYÜK DƏSTƏK

Gürcüstanın keçmiş prezidenti, Ukraynada islahatlar üzrə icraiyyə komitəsinin həbsdə olan rəhbəri Mixail Saakaşvili və Tbilisidə keçirilən Mercedes-Benz Moda Həftəsinin yaradıcısı Sofiya Çkoniya müharibənin təsirinə məruz qalmış ukraynalı uşaqlara yardım proqramı yaratmaq qərarına gəliblər.

News24.az xəbər verir ki, bu barədə Saakaşvili “Facebook” səhifəsində məlumat verib.

“Sofya Çkonya ilə birlikdə Ukraynanın işğal olunmuş ərazilərində itkin düşən və ya yaşayan, oğurlanan və öldürülən ukraynalı əsgərlərin uşaqlarına humanitar və tibbi yardım göstərmək üçün beynəlxalq proqram/təşəbbüs yaratmaq qərarına gəldik”, - deyə siyasətçi yazıb.
Onun sözlərinə görə, azı 15 min ukraynalı uşaq müvəqqəti işğal olunmuş ərazilərdən ruslar tərəfindən oğurlanıb, bu uşaqlar rus ailələri tərəfindən zorla övladlığa götürülür, bəziləri isə Rusiya uşaq evlərindədir.

“Bu müharibə artıq 535 uşağın həyatına son qoyub, bir çox uşaq valideynlərini itirib, lakin qohumları və dövlət olaraq Ukrayna onları axtarır. Səhhətim ağır olsa da, mən bir ata və Ukrayna vətəndaşı kimi uşaqlara dəstək olmaq istəyirəm. Sofya Çkoniyanın humanitar işlərdə böyük təcrübəsi var, mən Rusiya, Ukrayna, Gürcüstandakı bütün tərəfdarlarımdan bu işə qoşulmalarını xahiş edirəm. Məlumatların toplanmasına və uşaqların geri qaytarılmasına kömək edin”, - Saakaşvili əlavə edib.

Təşəbbüsün fəaliyyəti barədə məlumat verən siyasətçinin öz “YouTube” kanalı olacaq. Layihənin başlanması avqustun 2-nə nəzərdə tutulub.

Akqabay