Daşınmaz əmlakla bağlı xidmət tarifləri optimallaşdırıldı
    • 31-07-2023, 18:12
    • 217

Daşınmaz əmlakla bağlı xidmət tarifləri optimallaşdırıldı

Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda bu sahədə tariflərin sayı 79-dan 60-a endirilib.

News24.az xəbər verir ki, xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.

Qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.