-
- 31-07-2023, 18:20
- 213
Azərbaycanda bu sahə üzrə yeni xidmət tarifləri müəyyən olundu
Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri müəyyən olunub.
News24.az xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat, digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə 50 manat tarif müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib. Bunlar torpaq tədqiqatlarının aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi, texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, sxematik ünvan planlarının tərtibi və sairdir.