Japarov "ekonom klas"la səfərə getdi
    • 31-07-2023, 18:45
    • 136

Japarov "ekonom klas"la səfərə getdi

Qırğızıstan prezidenti Sadır Japarov respublikanın cənubuna müntəzəm təyyarə ilə ekonom sinif salonunda uçub.

News24.az xəbər verir ki, bu barədə süjet bazar ertəsi Qırğızıstanın dövlət televiziya kanalı “Ala-Too 24”-də nümayiş etdirilib.

Telekanalın jurnalisti “Sadır Japarov adi bir təyyarə ilə, camaatla birlikdə, dəbdəbəsiz və komfort olmadan Cəlal-Abada uçdu. Yəqin ki, heç kim gözləmirdi ki, dövlət başçısı ilə eyni təyyarədə yer alacaq”, - deyə qeyd edib.

Kadrlarda prezidentin ekonom klass kabinəsində Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və bir neçə müşayiətçinin, ehtimal ki, ölkə liderinin cangüdənlərinin üzvlərinin yanında əyləşdiyi görünür.

Əvvəllər Japarovun bir neçə xaricə səfəri zamanı onun üçün şəxsi təyyarələr icarəyə götürülüb və bu, sosial şəbəkələrin Qırğızıstan seqmentində tənqidlərə səbəb olub.

Akqabay