Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açıldı - FOTO
    • 11-10-2022, 20:39
    • 280

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açıldı - FOTO

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

News24.az xəbər verir ki, parkın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə çıxış ediblər.