Qırğızıstan prezidentinin "Facebook" hesabı sındırıldı
    • 4-03-2021, 10:26
    • 366

Qırğızıstan prezidentinin "Facebook" hesabı sındırıldı

Naməlum şəxslər Qırğızıstan Prezidenti Sadır Japarovun "Facebook" səhifəsini qıraraq onun adından bir sıra şərhlər yazıblar.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə prezindetin mətbuat katibi Qalina Bayterek məlumat verib. Bildirilib ki, Qırğızıstan prezidentinin adından yazılan şərhlərlə onun heç bir əlaqəsi yoxdur:"Sadır Japarov cəmiyyətdə səslənən bütün fikirlərə, o cümlədən tənqidi fikirlərə hörmətlə yanaşır. Ona görə də heç vaxt bu cür sözləri yazmağı özünə yaraşdırmaz".