İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı
    • 31-07-2023, 20:05
    • 184

İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin 516,46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.