Azad edilmiş ərazilərdə daha 30 mina aşkarlandı
    • 6-12-2021, 12:10
    • 797

Azad edilmiş ərazilərdə daha 30 mina aşkarlandı

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, 29 noyabrdan 4 dekabra qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.