Ceyhun Bayramov Ərdoğanın baş müşaviri ilə görüşdü
    • 31-07-2023, 21:09
    • 284

Ceyhun Bayramov Ərdoğanın baş müşaviri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

Bu barədə News24.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli, regional formatlar, BMT, İƏT, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.