Zelenski Nyu-Yorka gedə bilər - Bloomberg
    • 31-07-2023, 21:57
    • 192

Zelenski Nyu-Yorka gedə bilər - Bloomberg

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrda BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka gedə bilər. Beləliklə, o, özünün “dünya formulu”nu müdafiə edəcək.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .

Nəşrin mənbəsi bildirib ki, Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyasının həftəsi ərzində digər görüşlərdə iştirakı gözlənilir.

Qeyd edilib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi şərh verməkdən imtina edib.

Leyla SƏMƏNDƏR