Boks Mərkəzində bu idman növü üzrə növbəti Azərbaycan birinciliyi keçirilib
    • 4-03-2019, 15:11
    • 976

Boks Mərkəzində bu idman növü üzrə növbəti Azərbaycan birinciliyi keçirilib

Fevların 26-dan martın 3-dək Boks Mərkəzində bu idman növü üzrə növbəti Azərbaycan birinciliyi keçirilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, yarışda ölkəmizin bütün şəhər və rayonlarını təmsil edən 50-yə yaxın komandadan 268 idmançı baş mükafat uğrunda mübarizə aparıb.

DİN İdman Cəmiyyətinin komandası ümumi hesabda üçüncü yerdə qərarlaşıb.

Komandamızın çalışdırıcısı, əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələrindən Əsəd Ağayev, Rəmiş Cəfərov və Səfər Heydərli müvafiq olaraq öz çəki dərəcələrində qızıl, Rəvan Quliyev gümüş, Hüseyn İsazadə, Cavidan Şahbazbəyli, Xalid Məmmədov və Cavid Qurbanov isə  bürünc medallar qazanıblar.

Yarış təəssüratlarını bizimlə bölüşərkən Y.Məmmədov bildirdi ki, qaliblər sırasında yer tutan idmançıların həm fiziki, həm də texniki bacarıqları onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inam yaradır.