Həyat yoldaşını öldürən “Bazarstore” un filial müdirinin məhkəməsi başlayır
    • 1-08-2023, 14:48
    • 1 050

Həyat yoldaşını öldürən “Bazarstore” un filial müdirinin məhkəməsi başlayır

Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki gözəllik salonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

News24.az-ın məlumatına görəcinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Leyla Məmmədovanın icratına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 11-nə təyin olunub. 

Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən gözəllik salonlarından birində qeydə alınıb. 1980-ci il təvəllüdlü İ.Yusifov ondan boşanmaq istəyən həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygün Yusifovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, cütlüyün birgə nigahdan 3 azyaşlı övladı var.
Qətl hadisəsini törətməkdə şübhəli bilinən İ.Yusifov həbs olunduğu günə qədər Lənkəranda yerləşən “Bazarstore” supermarketinin müdiri vəzifəsində çalışıb.

Samir Əli