-
- 29-06-2019, 16:45
- 1 621
Bakıda kişi iri mətbəx bıçağı ilə həyat yoldaşını doğradı - DƏHŞƏTLİ QƏTL
Bakıda həyat yoldaşını qətlə yetirən şəxs barəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Binəqədi Rayon Prokurorluğunda Qurbanov Tufan Baba oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib. Qeyd edək ki, fevralın 11-də təqribən saat 13:00 radələrində Bakının İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.
Qadının 49 yaşlı əri Qurbanov Tufan Baba oğlu böyük mətbəx bıçağı ilə arvadına bir neçə bıçaq zərbəsi endirib və onun boğazını kəsib. Sonra qatil 4-cü polis bölməsinə gedərək təslim olub.