Dövlət sərhədini pozan Ermənistan vətəndaşı SAXLANILDI
    • 1-08-2023, 19:48
    • 572

Dövlət sərhədini pozan Ermənistan vətəndaşı SAXLANILDI

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.


Bu barədə News24.az -a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.


Faktla bağlı araşdırma aparılır.