-
- 25-07-2018, 15:39
- 2 104
Film kimi transfer: "Barselona" onu aeroportdan oğurladı
"Basrelona" dünən "Bordo"dan Malkom Filipe Silva de Oliveyranı transfer edib. Klubun rəsmi açıqlamasına görə, bu futbolçu üçün Fransa təmsilçisinə 41 milyon avro ödənilib. 21 yaşlı braziliyalı oyunçu 2022/23 mövsümünün sonuna qədər Kataloniya klubunda oynayacaq.
Bu tranferlə bağlı maraqlı məqamlar açıqlanıb. Belə ki, braziliyalı futbolçu əslində 38 milyon avro qarşılığında "Roma"ya transfer olunubmuş. Amma son anda "Barselona"ya üz tutub.
"Roma"nın idman direktoru Monci Malkomu niyə transfer edə bilməmələrinin səbəbini klubun rəsmi "Twitter" səhifəsində paylaşılan videoda anladıb.
Monçi bildirib ki, "Bordo" ilə transferin bütün detallarını razılaşdırıblar, hətta Fransa klubu rəsmi sosial media hesabından keçidi açıqlayıb, onlardan da açıqlama verməyi istəyib. Bundan sonra "Roma" da birja üçün lazım olan açıqlamanı yayıb.
Monçinin sözlərinə görə, səhəri günü "Bordo" rəsmiləri onlara "Biz "Barselona" ilə anlaşdıq. Onlar daha çox pul verir. Malkomu istəyirsizə, siz daha artığını verməlisiniz" deyiblər.
İdman direktoru bundan sonra "Roma"nın prezidenti ilə görüşdüyünü və təklifi artırdıqlarını bildirib. Bundan sora "Roma" və "Bordo" bir daha anlaşma əldə edib. Fransızlar onlardan yenilənmiş sənədləri istəyib. Malkom üçün təyyarə bileti aldıqlarını bildirən Monçi bir gün sonra səhər futbolçunun meneceri ilə danışıb. Menecer klub rəsmisinə bildirib ki, "Bordo"nun prezidenti Malkoma təyyarəyə minməyi qadağan edib.
Monçi yenidən "Bordo"nun prezidenti ilə danışıb. Klub rəhbəri ona ""Barselona" təklifi artırdı. Təəssüf ki, əlimdən başa heç nə gəlmir. Malkomu istəyirsinizsə, təklifi artırın" deyib.
Sonçi isə ona "Bəsdi artıq, biz bu hərracın bir parçası olmayacağıq" dediyini və transferdən imtina etdiklərini bildirib. İdman direktoru baş verənlərə görə azarkeşlərdən üzr istəyib.
Monçi əllərində "Bordo" ilə imzalanmış bir transfer müqaviləsinin olmadığını, amma anlaşmanın əldə olunması ilə bağlı Fransa klubundan ona gəlmiş çox sayda mesajın olduğunu və FIFA-ya şikayət edə biləcəklərini deyib.