34 milyona "Barselona"ya transfer olunan Ardanın qiyməti hər kəsi şoka saldı

34 milyona "Barselona"ya transfer olunan Ardanın qiyməti hər kəsi şoka saldı
İDMAN / SİYASƏT

19-07-2018, 10:47

Mətn ölçüsü

Bu ilin yanvarında "Barselona"nın "Başakşəhər"ə icarəyə verdiyi Arda Turanın karyerasındakı eniş davam edir. 
"Transfermarkt" türk futbolçunun qiymətini 4 milyon avroya endirib. 

Arda 2011-i ildə "Qalatasaray"dan "Atletiko"ya 13, 4 il sonra "Barselona"ya 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer olunan Ardaya "Transfermarkt" maksimum qiyməti 2015-ci ilin yanvarında qoyub - 35 milyon avro. 2017-ci ilin yanvarında isə saytın dəyərləndirməsinə görə onun qiyməti 28 milyon avro idi. 

"Transfermarkt" hazırda Ardanın bazar dəyərini 4 milyon avro müəyyənləşdirib. 

Qeyd edək ki, Arda mayın 5-də Super Liqanın "Sivasspor"la oyununda hakimlərə qarşı hərəkətinə görə TFF tərəfindən 16 oyun cəzalandırılıb.
//Fanat.Az