Müğənni Afət Fərmanqızına RƏSMİ QADAĞA QOYULDU - EKSKLÜZİV
    • 4-03-2019, 16:01
    • 10 105

Müğənni Afət Fərmanqızına RƏSMİ QADAĞA QOYULDU - EKSKLÜZİV

Müğənni Afət Fərmanqızının son vaxtlar dahi klassikimiz İmaməddin Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini hind musiqisi üzərinə ifa etməsi gündəmi zəbt etmişdi.

News24.Az-a etibarlı mənbədən daxil olan məlumata görə, müğənninin sözügedən “mahnı”sının efirlərdə səslənməsinə rəsmi şəkildə qadağa qoyulub. 

Qeyd edək ki, ifaçının “Pəncü şeş” adı ilə oxuduğu mahnı ictimai xadimlər tərəfindən dəfələrlə tənqid olunmasına baxmayaraq, əksər efirlər reytinq xatirinə müğənnini məhz bu mahnıya görə qonaq çağırıb, gündəm yaratmağa çalışırdı.

Teymur MƏMMƏDOV