"Fitch" ABŞ-nin uzunmüddətli kredit reytinqini aşağı saldı
    • 2-08-2023, 09:22
    • 252

"Fitch" ABŞ-nin uzunmüddətli kredit reytinqini aşağı saldı

Beynəlxalq reytinq agentliyi "Fitch", Amerika Birləşmiş Ştatlarının Xarici Valyuta Emitentinin Uzunmüddətli Defolt Reytinqini (IDR) "AAA"dan "AA+" səviyyəsinə endirib.

News24.az xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.  

Agentliyin bəyanatına görə, reytinqin aşağı salınması növbəti üç ildə fiskal vəziyyətin pisləşməsi, yüksək borc yükü, tənəzzül təhlükəsinin davam etməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin artırılması gözləntiləri ilə bağlı olub. 

ABŞ-nin maliyyə naziri Canet Yellen "Fitch"in qərarı ilə qəti şəkildə razılaşmadığını bildirib.

Bununla da ABŞ-nin kredit reytinqi son 12 ildə ilk dəfə olaraq aşağı düşüb. Bundan əvvəl kredit reytinqi 2011-ci ildə "Standard & Poor's" tərəfindən aşağı salınıb.

Günəş Mərd