Trampa qarşı 4 yeni ittiham irəli sürüldü
    • 2-08-2023, 09:35
    • 286

Trampa qarşı 4 yeni ittiham irəli sürüldü

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 4 yeni ittiham irəli sürülüb.

News24.az
xəbər verir ki, Tramp “ABŞ-ı çaşdırmaq üçün sui-qəsd təşkil etmək”, “rəsmi təhqiqata mane olmaq üçün sui-qəsd yaratmaq”, “rəsmi araşdırmaya mane olmağa cəhd” və “seçicilərin konstitusiya hüquqlarından istifadə etməsinə mane olmaq” maddələri ilə ittiham olunub.

Vaşinqton Bölgə Məhkəməsinə təqdim edilən 45 səhifəlik iddianamədə 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişməyə cəhd etdiyi iddia edilən “6 Yanvar Konqres basqını” ilə bağlı aparılan araşdırmalar çərçivəsində sözügedən ittihamlar açılıb.

Trampın avqustun 3-də məhkəmə qarşısına çıxacağı gözlənilir.