Trampa qarşı əlavə ittiham irəli sürüldü
    • 28-07-2023, 08:28
    • 167

Trampa qarşı əlavə ittiham irəli sürüldü

ABŞ-ın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürüb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  

"ABŞ-ın Florida ştatının Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinin elektron məlumat bazasına yüklənmiş sənədə görə, ittiham aktına müdafiə sənədlərinin yanlış idarə olunması ilə bağlı daha bir ittiham əlavə edilir". 

Bundan başqa, Tramp və onun köməkçisi Uolt Nauta ilə daha bir şəxsə qarşı da ittiham irəli sürülüb. Yeni müttəhim, texniki qulluqçu Karlos De Oliveyra 2022-ci ilin yayında müşahidə kameralarının görüntülərini məhv etməyə çalışmaqda şübhəli bilinib. 

Günəş Mərd