-
- 2-08-2023, 11:31
- 207
Bayden Tayvana qarşı Konqresdən silahlanma tələb edəcək
ABŞ prezidenti Konqresdən Çin təhlükəsi fonunda Tayvan üçün silahlanma fondu tələb edəcək.
ABŞ prezidenti Co Bayden Ukraynaya görə əlavə büdcə çərçivəsində Tayvan üçün silahlanmaya maliyyə ayrılmasını dəstəkləmək xahişi ilə ABŞ Konqresinə müraciət edəcək.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr qeyd edib ki, Vaşinqtonun fikrincə, Amerika liderinin tələbi Çindən artan təhlükə fonunda ada dövlətinə silah tədarükünü sürətləndirmək istəyi ilə bağlıdır.
“İdarəetmə və Büdcə Ofisi əlavə sorğuya görə Tayvan üçün vəsait daxil edəcək. Əgər ABŞ Konqresi təşəbbüsü dəstəkləsə, o zaman Tayvan ABŞ vergi ödəyiciləri tərəfindən birbaşa maliyyələşdirilən sistem vasitəsilə silah alacaq. Sorğu avqustun əvvəlində göndərilə bilər”.
Qeyd edək ki, bundan öncə Vaşinqton Tayvana 345 milyon dollara qədər yardım ayırdığını açıqlamışdı.
Bundan əvvəl Çin ABŞ-ın Tayvana yardımını keçilməməsi lazım olan “qırmızı xətt” adlandırıb.
Arzu