-
- Dünən, 18:27
- 447
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi - SƏRƏNCAM
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib.
News24.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.