Paşinyan Avropa tamaşaçısına “sülhsevər” görünməyə çalışır – POLİTOLOQ
    • 2-08-2023, 13:14
    • 371

Paşinyan Avropa tamaşaçısına “sülhsevər” görünməyə çalışır – POLİTOLOQ

“Sülh nəinki mümkündür, hətta vacibdir. Sülh – mənim inamımdır, mövqeyimdir. Mən buna inanıram”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Euronews”a  müsahibəsində deyib.

Politoloq Elçin Mirzəbəyli Paşinyanın fikirlərini News24.az-a şərh edib. 

O qeyd edib ki, “Nikol Paşinyanın “Euronews” kanalına müsahibəsində sülhlə bağlı səsləndirdiyi fikirlər ilk növbədə Qərb auditoruyasına ünvanlanıb: “Təbii ki, həm auditoriya, həm mövcud reallıqlar Ermənistanın Baş nazirinə müharibə ritorikası ilə çıxış etmək imkanı vermir. 

Şübhəsiz ki, Paşinyan eyni telekanalda Prezident İlham Əliyevin də müsahibəsinin də yayımlanacağından məlumatlı olduğu üçün ölkəsinin son bir neçə ay ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatların doğura biləcəyi reaksiyanı və bu reaksiyanın faktlara söykənərək, arqumentləşdirilmiş bir şəkildə Avropa tamaşaçısına çatdırılacağını nəzərə alaraq, daha çox “sülhsevər” görünməyə çalışıb. 

Ermənistanın baş nazirinin müsahibəsində “açar” fikirlər qənaətimə görə, onun sülh prosesinin nə üçün sürətlə irəli getmədiyi barədə dedikləri və beynəlxalq ictimaiyyəti bu “mühüm müansları anlamağa” çağırmasıdır. Bu ifadələr mesaj xarakteri daşıyır. Amma eyni zamanda etiraf kimi də qəbul edilə bilər. Sürətlə irəli getməyin mümkünsüzlüyü barədə fikirlər Nikol Paşinyan tərəfindən səsləndiyi üçün bu, prosesin Ermənistan tərəfindən ləngildiyinin etirafı kimi dəyərləndirilməlidir. “Mühüm nüanslar”a gəldikdə isə Nikol Paşinyan çox güman ki, Azərbaycan ərazisində yaşayan erməni azlığının rəsmi İrəvan tərəfindən dilə gətirilən ənənəvi “problemlər”i Ermənsitanın ictimai rəyini və Rusiya faktorunu nəzərdə tutub”.