Paşinyan Azərbaycan xalqına MÜRACİƏT ETDİ
    • 2-08-2023, 13:33
    • 268

Paşinyan Azərbaycan xalqına MÜRACİƏT ETDİ

“Həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti özləri hakimiyyətdən sülh tələb etməlidir. Bu, ictimai tələb, sülh, çeviklik və bu tələbi həyata keçirmək bacarığı kimi formalaşdırılmalıdır”. 
 
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, bu barədə “Euronews” telekanalına müsahibəsində danışıb. 
 
Paşinyan jurnalistin “Azərbaycan xalqına, sizi izləyənlərə bir mesajınız varmı?” sualını da cavablandırıb.

“Bilirsiniz, məncə yaxşı janr deyil, çünki iki siyasətçi bir-biri ilə danışanda əslində iki xalq danışır, çünki bir tərəfdə o xalqın seçdiyi danışır, digər tərəfdən bu xalqın seçdiyi danışır. Ona görə də söhbətimiz, təbii ki, beynəlxalq platformadır, o da həmin auditoriyaya hesablanıb, amma bir bir şey deməliyəmsə, bildirmək istəyirəm ki, demək olar ilk andan dediklərim həm də xalqa yönəlib. Məncə, bütün sözlər artıq deyilib”. 
 
Arzu