Rusiyada hərbi komissarlıqlar kütləvi şəkildə YANDIRILIR
    • 2-08-2023, 13:05
    • 345

Rusiyada hərbi komissarlıqlar kütləvi şəkildə YANDIRILIR

Rusiyada hərbi komissarlıqların kütləvi şəkildə yandırılması davam edir. 

News24.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son bir neçə gündə Rusiyada 14 hərbi komissarlıqların yandırılması faktı məlum olub.

Məlumata görə, bir qadın Moskvanın Kuzminki hərbi komissarlığına “Molotov kokteyli” atıb. Daha bir yanğın hadisəsi Stavropolda qeydə alınıb. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, qadın şəhər hərbi komissarlığının qapısını yandırmağa cəhd edib. Hər iki halda hadisəni törədən şəxslər həbs edilib.

Ümumilikdə, iyulun 31-də və avqustun 1-də Rusiya sakinləri 10 vilayətdə: Moskva, Sankt-Peterburq, Kaluqa, Omsk, Ulan-Ude, Kazan, eləcə də Moskva, Voronej şəhərlərində, Çelyabinsk və Saratov bölgələrində hərbi komissarlıqları yandırmağa cəhd ediblər. 

Akqabay